Dünya

Kriminal avtoritet Kazımovu türmədə döyüb öldürdülər - FOTO

10 Yanvar 2025 19:11
Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada kriminal avtoritet istintaq təcridxanasında döyüldükdən sonra ölüb.

xarici mediaya istinadla bildirir ki, hadisə paytaxt Kiyevdə yerləşən Lyukanovka təcridxanasında baş verib. Məlumata görə, müxaliflər cəzaçəkmə müəssisəsində "Kizim" ləqəbli avtoritet Andrey Kazımovu döyüblər. Həbsxana mühafizəçilərinin onun döyülməsinə biganə yanaşdıqları bildirilir.

Xəstəxanaya yerləşdirilən avtoritet orada ölüb.

Qeyd edək ki, Andrey Kazımov ötən ilin oktyabr ayında oğurluğa görə Ukrayna Cinayət Məcəlləsinin 185-ci maddəsilə təqsirli bilinib. Dekabr ayında keçirilməsi planlaşdırılan məhkəmə iclası isə 2025-ci il martın 18-nə təxirə salınıb. /Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.