ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yanğınlar davam edir.
Kolorado ştatında yerləşən Maxar Technologies kosmik texnologiya şirkəti Los-Anceles dairəsində təsirlənmiş bölgələrin əvvəl və sonra çəkilmiş görüntülərini paylaşıb. Müqayisələr şokedici və düşündürücüdür: alovlar bütün məhəllələri bürüyərək evlərin, iş yerlərinin və məktəblərin külə dönmüş qalıqlarını geridə qoyub.
Peyk görüntüsü Pacific Coast Highway boyunca yanğından əvvəlki evləri və biznesləri göstərir.
Eyni bölgənin yanğından sonrakı görüntüsü, alovların təsirini və havada yayılmış tüstünü göstərir.
Yanğınlar - Cənubi Kaliforniyanın quraq qışı və güclü Santa Ana küləkləri ilə qidalanaraq - indiyə qədər azı beş nəfərin həyatına son qoyub, minlərlə hektar ərazini yandırıb və minlərlə tikilini, o cümlədən tarixi əhəmiyyətə malik yerləri, məsələn, Topanga Ranch Motel-i məhv edib.
Los-Anceles dairəsi şerifi Robert Luna bildirib ki, dairədə təxminən 180,000 nəfər təxliyə əmri alıb, təxminən 200,000 nəfər isə təxliyə xəbərdarlığı altındadır.
Cümə axşamı səhəri bəzi ərazilərdə külək sürətinin 60 mil/saat (təxminən 97 km/saat) çatması gözlənilir. Bu, yanğınsöndürənlərin Los-Ancelesin qərbində Palisades yanğını, Pasadenanın şimalında Eaton yanğını və Hollywood təpələrində Sunset yanğını ilə mübarizəsini daha da çətinləşdirir.
Milli.Az qafqazinfo-ya istinadən külə çevrilən yerlərin peyk görüntülərini təqdim edir:
Lalə Qüdrətova
Milli.Az