Dünya

Fransanın keçmiş prezidenti həbs ediləcək

7 Yanvar 2025 11:45
Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə qarşı yeni məhkəmə işi başlayıb və onu 10 ilə qədər həbs cəzası gözləyir.

Milli.Az xəbər verir ki, Parisdə məhkəmə Sarkoziyə qarşı üçüncü iddiaya baxır. BBC-nin məlumatına görə, məhkəmə onu təqsirli bilsə, keçmiş prezident 10 ilə qədər həbs, 375 min avro cərimə və 5 ilə qədər mülki hüquqlardan məhrumetmə cəzası ilə üzləşəcək.

Yanvarda 70 yaşını tamamlayan Sarkozi məhkəməyə qatılaraq ictimaiyyətə açıqlama verməyib. O, 2007-ci ildə prezidentlik kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə ittiham olunur. Müstəntiqlərin fikrincə, 2005-ci ildə Sarkozi ilə Qəddafi arasında "korrupsiya müqaviləsi" bağlanıb və bu müqavilə nəticəsində keçmiş prezidentin seçki qərargahı 50 milyon avro əldə edib. Fransa mətbuatı bu işi "Liviya işi" adlandırır.

Məhkəmə iclasları aprelin 10-dək davam edəcək.

Qeyd edək ki, Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub. O, məhkəmə tərəfindən real həbs cəzası alan ilk keçmiş Fransa prezidentidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.