Meksikanın Tabasko ştatı 2025-ci ilə zorakılıqla başlayıb.
Villahermosa şəhərində yerləşən bir barda 5 nəfər öldürülüb, 7 nəfər isə yaralanıb. Eyni gün ştatın müxtəlif bölgələrində daha 5 qətl hadisəsi qeydə alınıb.
Infobae xəbər portalının məlumatına görə, silahlı bir qrup Tamulté məhəlləsində yerləşən "La Casita Azul" adlı bara hücum edib. Hücum edənlər saat 21:00 radələrində bara daxil olub və insanlara atəş açıb.
Hücumdan dərhal sonra yerli hakimiyyət orqanları federal və dövlət qüvvələrinin dəstəyi ilə cinayətkarları tapmaq üçün əməliyyat başladıb. Lakin bazar gününə qədər heç bir həbs həyata keçirilməyib.
Tabasko Dövlət Prokurorluğu qurbanları və cinayətkarları müəyyən etmək üçün istintaq başladıb. Bundan əlavə, ştatın müxtəlif bölgələrində həmin gün daha 5 qətl hadisəsi qeydə alınıb.
Lalə Qüdrətova
Milli.Az