Dünya

Çili prezidenti adını tarixə yazdırdı

5 Yanvar 2025 09:44
Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çili Prezidenti Qabriel Boric Antarktidaya səyahət edib və Cənub Qütbünü ziyarət edən ilk Latın Amerikası lideri olub.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Antarktidaya Boriçlə yanaşı, müdafiə naziri Maya Fernandes, ətraf mühit naziri Maisa Roxas, həmçinin Çilinin hava, dəniz və quru qoşunlarının komandirləri və iki çilili alim gedib.

Antarktidadan canlı çıxış edən Boriç bildirib ki, onun səfəri Antarktidanın elm və sülh qitəsi olduğunu və uzun illər bundan sonra da belə qalacağını təmin etmək öhdəliyini bir daha təsdiqləyir.

Qeyd edək ki, Çilinin Antarktidada dörd aktiv daimi və bir neçə mövsümi stansiyası var./oxu.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.