Dünya

Suriya üçün bu proqramı yaradacağıq - Zelenski

2 Yanvar 2025 19:37
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Suriyanın sabitləşməsi üçün atılacaq bütün addımları dəstəkləyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Yaxın Şərqdə daha çox sabitlik bütün tərəfdaşlar üçün daha çox sülh və ticarət deməkdir:

"Ukrayna Suriyanın sabitləşməsi üçün atılacaq bütün addımları dəstəkləyəcək. Suriya üçün "Ukraynadan taxıl" proqramını yaradacağıq. Ukrayna dekabrın 31-də suriyalı ailələrə pulsuz paylanmaq üçün içərisində 500 ton un olan 20-dən çox yük maşını göndərib. Biz bu dəstəyi daha da gücləndirmək üçün avropalı tərəfdaşlarımız və ABŞ ilə əlaqə saxlayacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.