"Suriyada mülki şəxslərin və azlıqların qorunmasına diqqət yetirilməlidir".
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro ilə telefon danışığı zamanı deyib.
"Suriyada baş verən hadisələrlə bağlı beynəlxalq humanitar hüquqa riayət edilməsi vacibdir. Suriyada mülki şəxslərin və azlıqların qorunmasına diqqət yetirilməlidir", deyə Blinken qeyd edib.
Kənan
Milli.Az