Məlum olduğu kimi, bu gecə dünya əhalisi yeni ilin başlanğıcını qeyd edib. Suriyada da sakinlər ölkədə Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra ilk Yeni ili bayram ediblər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, çox sayda insan bayram münasibətilə paytaxt Dəməşqdə Əməvi meydanında toplaşıb.
54 ildən sonra ilk dəfə Yeni ili Əsəd rejimi olmadan qeyd edən suriyalılar üçün meydanda musiqili proqram və atəşfəşanlıq təşkil edilib.
Suriyalıların bayram sevincinin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az