Dünya

Küçədə siqaret çəkmək qadağan olundu - bu ölkədə

1 Yanvar 2025 12:03
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın dəb və maliyyə paytaxtı sayılan Milan şəhərində ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2020-ci ildə qəbul edilmiş qərar yanvarın 1-dən qüvvəyə minib. Qərara əsasən, bütün ictimai yerlərdə, o cümlədən küçədə siqaret çəkmək qadağandır. Qərarda məqsəd havanın keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Qərarda 2 istisna mövcuddur: Milanda yalnız xüsusi ayrılmış ərazilərdə, insanlar arasında minimum 10 metr məsafə gözlənilməklə siqaret çəkmək mümkündür. Elektron siqaretə isə əhalinin kütləvi toplaşdığı yerlər xaricində icazə verilir.

Qanunu pozanları 40-240 avro arası cərimə gözləyir.

İtaliya Avropada ən çox siqaret çəkilən ölkələrdəndir. Hər 5 italiyalıdan biri siqaret çəkir. Rəsmi statistikaya görə, 2023-cü ildə 93 000 italiyalı siqaretin səbəb olduğu xəstəlikdən ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.