İsrailin baş naziri Benyamin Netanyahu sabah prostat vəzi əməliyyatı olunacaq.
Milli.Az xəbər verir ki, İsrail Baş Nazirlik Ofisindən verilən açıqlamada baş nazir Netanyahunun sağlamlıq vəziyyəti ilə bağlı məlumat verilib.
Açıqlamaya görə, çərşənbə günü Qərbi Qüdsdəki Hadassah xəstəxanasında müayinə olunan Netanyahuda prostat vəzinin xoşxassəli hiperplaziyasının səbəb olduğu sidik yolu infeksiyası diaqnozu qoyulub.
Netanyahunun həkim tərəfindən müayinə olunduğu çərşənbə günündən bəri antibiotik müalicəsi aldığı və baş nazirin sabah prostat vəzindən əməliyyat olunacağı bildirilib.
Qeyd edək ki, İsrailin ən uzun müddət hakimiyyətdə olan baş naziri Benyamin Netanyahunun 75 yaşı var.
Fidan
Milli.Az