Suriya hökumətinin devrilməsindən sonra baş verən faciələrə daha biri əlavə olunub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 il boyu ölkənin ən dəhşətli həbsxanası Sednayada cəza çəkən atanın Əsəd tərəfindən öldürülən oğullarının məzarını ziyarət etdiyi anda çəkilən görüntülər ürək dağlayıb.
Əsəd əsgərləri tərəfindən oğulları öldürülən atanın hikayəsi illərdir ölkədə yaşanan insanlıq faciəsini gözlər önünə sərib.
Xatırladaq ki, Suriyadakı müxalif qruplar təşkil etdikləri ildırım əməliyyatı ilə 12 gün ərzində paytaxt Dəməşqi ələ keçirərək Dövlət başçısı Bəşər Əsədi devirib. Ailəsi ilə ölkəni tərk edən Əsəd Rusiyaya sığınıb. Ölkədə son 13 ildə davam edən hadisələr və xarici amillərin təsiri ilə liderin sonu oldu.
Hüseyn
Milli.Az