"Biz onların Ukraynada ölkəni necə dağıtdığını görürük"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanın təhlükəsizliyini yalnız KTMT təmin edə bilər. Gec-tez Rusiya, Ermənistan və digər KTMT ölkələri arasında mövcud olan fikir ayrılıqları öz həllini tapacaq.
"Report" xəbər verir ki, bunu "NEWS.ru"ya açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Ermənistanın Baş naziri Nikol Paşinyanın münasibətlərdə geri dönüşü olmayan nöqtəyə çatması ilə bağlı bəyanatını şərh edərkən deyib.
"Prezidentimizin irəli sürdüyü mövqeyə sadiq qalıram. Ümid edirik ki, gec-tez Ermənistanın Rusiya və digər KTMT üzvləri ilə olan bu fikir ayrılıqları keçəcək. Sadəcə xarici təhdid zamanı Ermənistanın təhlükəsizliyini kimin təmin edəcəyi naməlum olaraq qalacaq", - Cabarov fikrini izah edib.
O, bildirib ki, amerikalılar çətin ki, Ermənistan üçün Rusiyanı və digər KTMT ölkələsini əvəz edə bilsinlər. Senator Moskva əvəzinə Vaşinqtonla münasibətlər qurmağa çalışan Ukraynanı misal çəkib.
"Rusiyanı və ya digər KTMT ölkələrini kim əvəz edəcək, amerikalılar? Biz onların Ukraynada ölkəni necə dağıtdığını görürük. Yoxsa özləri Afrikadan qaçan fransızlar? Düzü, düşünürəm ki, bütün bunlar keçib gedəcək. Rusiya yaxın gələcəkdə Ermənistan xalqının yeganə həqiqi dostu olaraq qalacaq", - Cabarov söyləyib.
Xatırladaq ki, daha əvvəl Paşinyan İrəvanla KTMT arasında münasibətlərin geri dönüşü olmayan həddə çatdığını bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)





