“Müharibəni dayandırmaq üçün "çətir” lazımdır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Volodimir Zelenski Ukraynanın nəzarətində olan ərazilərin "NATO çətiri altına" alınması şərti ilə atəşkəs sazişinin imzalana biləcəyini təklif edib. O, qalan ərazilərin isə "diplomatik yollarla" geri qaytarılması üçün danışıqların aparıla biləcəyini bildirib.
Milli.Az xəbər verir ki, Sky News-un baş müxbiri Stüart Ramsay ilə müsahibəsində Ukrayna prezidenti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müharibəni dayandırmaq üçün planlarından birinin, Ukraynanın NATO-ya qoşulması müqabilində Moskvanın işğal etdiyi torpaqların Rusiyaya verilməsi olduğu barədə mediada yayılan xəbərlərə münasibət bildirib.
Cənab Zelenski bildirib ki, müharibənin "isti fazasını" bitirmək üçün NATO üzvlüyü Ukraynanın nəzarətində olan ərazilərə şamil edilməlidir, şərtlə ki, NATO-nun dəvəti Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədlərini tanısın.
O, ölkənin işğal olunmuş şərq bölgələrinin müvəqqəti olaraq belə bir sazişin kənarında qalacağını qəbul edirmiş kimi görünürdü.
Volodimir Zelenskinin açıqlamaları:
"Müharibənin isti fazasını dayandırmaq istəyiriksə, Ukraynanın nəzarətimizdə olan ərazilərini NATO çətiri altına almalıyıq," deyə o bildirib.
"Bunu tez etmək lazımdır. Daha sonra Ukrayna işğal olunmuş əraziləri diplomatik yollarla geri qaytara bilər."
Cənab Zelenski, atəşkəsin Putinin Ukraynanın daha çox ərazilərini ələ keçirmək üçün geri qayıtmamasını təmin etmək üçün lazım olduğunu qeyd edib.
O bildirib ki, NATO Kiyevin nəzarətində olan Ukraynanın hissələrini "dərhal" əhatə etməlidir və bu, Ukraynanın "çox ehtiyac duyduğu" bir addımdır, əks halda Putin yenidən geri qayıda bilər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Qaxda BMW aşdı: Xəsarət alan var
-
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - (Yenilənib)
-
Ordubadda obyektə zərər vurdu - Saxlanıldı
-
İlon Mask bir günə 30 milyardını itirdi
-
Qızılın qiyməti dəyişdi
-
Almeyda Bakıya gəldi - (Video)
-
Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Rusiyanın itkiləri yeniləndi
-
Dünya bazarında neft ucuzlaşmaqda davam edir
-
38 yaşında futbolçu karyerasını bitirdi
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Əməkdar artist: “Ailəmlə şəkil paylaşanlar bu uğurumuzu vermədilər” - (Video)
-
Avropa Liqasının IV turunun ilk matçı qolsuz bitdi
-
"Brent" ucuzlaşdı
-
Noyabr üç bürcə xoşbəxtlik və şans gətirəcək
-
Unitaza buz kubları atmağa başladılar - səbəb
-
"Azərbaycanda bunları ilk dəfə mən etmişəm" - Abbas Bağırov
-
Arıqlama iynələri tez qocaldır
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)





