III dünya müharibəsinin bir addımlığında - ABŞ icazə verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-dən Ukraynaya yaşıl işıq
Amerika Birləşmiş Ştatları Ukraynanın uzun müddətdir tələb etdiyi uzun mənzilli raketlərdən istifadə etməsinə icazə verib. Bu qərar Ukrayna ordusunun artıq Rusiyanın uzaq nöqtələrinə hücum etməyə hazırlaşdığına işarə edir. Bəs uzun mənzilli raketlər, müharibənin gedişatını dəyişdirə bilər? Ukrayna, Rus ordusuna qarşı texnoloji üstünlük və uzaq məsafədən hücum qabiliyyəti ilə müharibədə irəliləyiş əldə edə bilər?
Milli.Az Amerikanın nüfuzlu "New York Times" qəzetinin xəbərinə görə ABŞ Ukraynanın uzun mənzilli raketlərdən istifadə etmə tələbinə cavab verib. Bu addım, Vaşinqtonun Ukrayna siyasətində mühüm dəyişiklik olduğunu göstərir. Ukraynanın yaxın günlərdə Rusiyanın dərinliklərinə doğru 300 kilometr mənzilli ATACMS raketləri ilə hücum edəcəyi gözlənilir.
Ukrayna hansı silahdan istifadə edəcək?
ATACMS (Army Tactical Missile System) taktik balistik raket sistemi, yerə yerləşdirilən ordular tərəfindən düşmən hədəflərinə yüksək dəqiqliklə zərbə endirmək məqsədilə istifadə olunur. Bu raketlər Ukrayna üçün döyüş meydanında mühüm bir üstünlük təmin edə bilər. ABŞ prezidenti Co Bayden əvvəllər Ukraynanın uzun mənzilli raketlərdən istifadə etmə tələblərini rədd edirdi. Lakin, Moskvanın Şimali Koreya əsgərlərini cəbhə xəttinə yerləşdirməsi və Ukraynaya qarşı intensiv raket hücumları, Baydenin fikrini dəyişdirmiş ola bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski bu qərarın ardından etdiyi çıxışında "raketlərin danışacağını" söyləyib. Bununla yanaşı, bəzi ABŞ rəsmiləri, uzun mənzilli hücumların müharibənin gedişatını dəyişə biləcəyinə dair şübhələrini ifadə ediblər. Lakin bu addım, Rusiyanın irəliləyiş əldə etdiyi bir dövrdə Ukraynanı gücləndirə bilər.
Rusiya-Ukrayna döyüşündə Şimali Koreya əsgərləri
Son zamanlarda 10 minə yaxın Şimali Koreya əsgərinin Rusiyanın şərqinə göndərildiyi və bunların çoxunun Kursk bölgəsində döyüşlərə qatıldığı bildirilir. Bu əsgərlər, Ukrayna ordusunun qarşısına çıxıb və Ukrayna qüvvələri, avqust ayında Kurskda həyata keçirdikləri əməliyyatda qazandıqları torpaqlardan bəzilərini itiriblər. Ukraynanın müttəfiqləri də silah təmin edir, lakin bu silahların Rusiyada necə və nə zaman istifadə ediləcəyinə dair məhdudiyyətlər mövcuddur. Çünki bu cür hücumlar, NATO ölkələrini müharibəyə cəlb edə və ya nüvə münaqişəsinə səbəb ola bilər.
Rusiya Prezidenti Vladimir Putin ABŞ istehsalı olan uzun mənzilli raketlərin istifadəsinin müharibəni daha da gərginləşdirəcəyini xəbərdarlıq edib. Bu, müharibənin gedişatını tamamilə dəyişdirə biləcək yeni bir mərhələni işarə edir.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ruzbeh Gülümov vəzifəsindən ayrılıb
-
Ərdoğan da Bişkekdədir
-
Təlim zamanı ayı xidmətçiyə hücum etdi – (Video)
-
Putin və Si Cinpin görüşdü
-
Bakıda restoranda iki qardaşı bıçaqlayan şəxsə hökm verildi
-
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib
-
Nepalda ölənlərin sayı 919-a çatdı
-
Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər
-
Autizmli uşağı döyən psixloqla bağlı rəsmi açıqlama
-
Bakıda endirim izdihamı müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər
-
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi
-
"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır - (Foto)
-
"Sabah"la oyunöncəsi "Borussiya Dortmund"a ağır zərbə: Yeni transfer sıradan çıxdı
-
Bakı dünya rəqsinin paytaxtına çevrilir: Olqa Krasnyanskaya yubiley “Azerbaijan Dance Festival” barədə danışdı - (Video)
-
Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - (Foto)
-
“Qəbələ” baş məşqçisi ilə yollarını ayırdı
-
Naxçıvanda yaşayış binasında yanğın oldu - (Video)
-
Banklardakı əmanətlər niyə artır? - 3 əsas səbəb açıqlandı
-
Bakıda 58 yaşlı kişi aptekdə öldü
-
Qaradağda anbardan 70 min manatlıq telefon və aksesuar oğurlanıb.
-
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
Milyonlarla izləyicisi olan fenomen Hüseyn Məmmədoğlunun ifasını paylaşdı - (Video)
-
İlk dəfə ağ İber vaşağı belə görüntülənib – (Foto)





