İsrail Prezidenti COP29-a niyə gəlmədi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrail Prezidenti İsaak Hersoqun Azərbaycana gəlməməsinin əsl səbəbi məlum olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bəzi xarici medianın qeyd etdiyi kimi, bu, heç də təhlükəsizlik məsələsi deyil.
Heç şişirtmədən demək olar ki, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bunu bu il mayın 30-da Bakıda səfərdə olan Prezident İsaak Hersoq da daxil olmaqla, çoxlu sayda İsrail rəsmilərinin Azərbaycana gəlməsi də təsdiq edir. Hətta ölkənin Baş naziri Benyamin Netanyahu da 2016-cı ildə Azərbaycana birgünlük səfərə gəlmişdi.
Hazırda Bakıda baş tutan COP29 ilə əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin ölkəyə gəlməsi kontekstində də ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.
Caliber.az-ın məlumatına görə, İsaak Hersoqun Azərbaycana gəlməməsinin səbəbi tamam başqa müstəvidədir.
Belə ki, buna səbəb Türkiyənin İsrail Prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoymasıdır.
Dünyanın ən böyük tədbiri olan COP-un məhz Azərbaycana həvalə edilməsi Türkiyədə də böyük məmnunluqla qarşılanmışdı və Azərbaycan qardaş ölkənin bu tədbirin iştirakçılarının ölkəmizə səfərinə hər hansı maneə yarada biləcəyini zənn etmirdi.
Bu baxımdan, İsrail Prezidentinin təyyarəsinə hava məkanının verilməməsi Bakıda təəccüblə qarşılanıb. Ən azından ona görə ki, BMT-nin bu səviyyəli tədbirləri bütün ölkələr üçün açıq olur. Məsələn, BMT Baş Assambleyasının sessiyaları zamanı ABŞ hətta İran, Venesuela kimi ölkələrin liderlərinin də ABŞ-yə səfəri və tədbirdə iştirakına bütün şəraiti yaradır, halbuki bu ölkələrə qarşı ən sərt sanksiyalar tətbiq edib. Azərbaycanın 30 il ərazilərini işğal altında saxlayan və hələ də sülh sazişini imzalamaqdan yayınan Ermənistanı tədbirə dəvət etməsi də bu təcrübə və ənənədən irəli gəlirdi. Odur ki, Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iştirakçıları üçün digər dövlət, xüsusilə qardaş Türkiyə tərəfindən maneə yaradılması Bakıda təəssüf doğurub.
"Qafqazinfo"nun əldə etdiyi digər məlumata görə, İsrail tərəfi problemin həlli üçün Azərbaycana müraciət edib, hətta, Prezident Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə zəng də edib. Amma Azərbaycan tərəfinin məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmə və müzakirələri nəticə verməyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Kalaşnikov”la 3 dəqiqəyə lüks mağazanı soydular - 1 milyonluq brilyant oğurlandı - (Video)
-
Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı
-
Dondurucu soyuqlar gəlir - Xəbərdarlıq
XƏBƏR LENTİ
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)





