İranın İsrailə gözlənilən hücumu fonunda ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) bölgədəki qırıcı təyyarələrin fotolarını dərc edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə CENTCOM-un "X" hesabında paylaşım edilib.
"ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-15E Strike Eagle" qırıcıları Mərkəzi Komandanlığının məsuliyyət zonası üzərində uçur", - deyə paylaşımda bildirilib.
Milli.Az