Dünya

Serbiyada dəmiryolu stansiyasında beton tavan çökdü: ölənlər və yaralananlar var - anbaan VİDEO - FOTO

1 Noyabr 2024 22:38
Baxış: 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:38

Serbiya hökuməti Novi Sad şəhərində dəmiryol vağzalının beton örtüyünün uçması nəticəsində 11 nəfərin ölümü ilə əlaqədar olaraq, 2 noyabr tarixini milli matəm günü elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Serbiya Respublikası hökuməti şəhərin və bütün respublikanın sakinlərinə təsir edən faciənin miqyasını nəzərə alaraq, Novi Sadda dəmiryol vağzalında konstruksiyanın uçması nəticəsində faciəli şəkildə həlak olanların xatirəsinə 2024-cü il 2 noyabr tarixini Serbiya ərazisində matəm günü elan etmək qərarına gəlib", - Serbiya Nazirlər Kabinetinin bəyanatında qeyd olunub.

Serbiya Prezidenti (Bosniya və Herseqovina entiteti) Milorad Dodik özünün "X" hesabında faciə qurbanlarına başsağlığı verib. O, həmçinin 2 noyabr tarixini qurumun ərazisində matəm günü elan edib. Şəhərin meri Milan Curiç 2 noyabrdan başlayaraq şəhərdə üç günlük matəm elan edib.

Serbiyanın daxili işlər naziri İvitsa Daçiçin verdiyi məlumata görə, stansiya binasının beton örtüyünün uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb, daha əvvəl 8 nəfərin öldüyü bildirilirdi.

Qeyd olunur ki, Serbiyanın əhalisinə görə ikinci ən böyük şəhərinin stansiya binasında 50 metrlik beton konstruksiya gündüz saatlarında uçub. Örtüyün uçmasının səbəbləri hələ müəyyən edilməyib.

----------
21:25


Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında stansiya binasının tavanın bir hissəsi çöküb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Novı Sad-Subotiça yüksəksürətli dəmiryolu xəttinin tikintisi layihəsi çərçivəsində stansiya binasının təmiri ilə bağlı aparılan işlər çərçivəsində baş verib.

Məlumata görə, əraziyə təcili tibbi yardım maşınları və mülki müdafiə qüvvələri cəlb olunub. Stansiyada qatarların hərəkəti dayandırılıb və başqa istiqamətə yönəldilib.

Qəza nəticəsində 8 nəfərin həlak olduğu, 2 nəfərin isə dağıntılar altından sağ çıxarıldığı bildirilib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.