Dünya

İsrailin Baş naziri oğluna toy edə bilmir

30 Oktyabr 2024 15:40
Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Baş naziri Benyamin Netanyahu dron hücumlarından ehtiyat edərək təhlükəsizlik səbəbi ilə kiçik oğlu Avner Netanyahunun toyunu təxirə salmaq istəyir.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı "Kan" dövlət televizyası yayıb.

Məlumata görə, İsrail hökumətinin başçısı qapalı danışıqlarda mövcud vəziyyət və qonaqlar üçün mümkün hədsiz risk fonunda tədbirin təxirə salınmasını məqsədəuyğun hesab etdiyini bildirib.

Qeyd edilib ki, Avnerin toyu noyabrın 26-da Təl-Əvivin şimalındakı "Havat Ronit" kompleksində baş tutmalı idi.

Bundan əvvəl Hizbullah Benyamin Netanyahunun Təl-Əvivdəki evinə dronla hücum edib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.