Dünya

Borş yeyən körpə öldü, anası saxlanıldı

23 Oktyabr 2024 18:48
Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Amur vilayətində borşdan ölən körpənin anası məhkum edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, ana yeddi aylıq oğluna donuz bulyonunda, çörəkdə və qablaşdırılmış şirədə borş yedirib. Düzgün olmayan bəslənmə səbəbindən uşaq kəskin qastroenterit xəstəliyinə tutulub.

Valideyn vaxtında həkimə müraciət etməyib. Körpənin vəziyyəti əhəmiyyətli dərəcədə pisləşəndə, ana evdə təcili yardım çağırmayıb, ancaq müstəqil olaraq onu pediatrın qəbuluna aparıb. Nəticədə vaxtında tibbi yardım göstərilməyib. Uşaq Serışevski rayon xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Məhkəmə qadının 7 ay müddətinə azadlığının məhdudlaşdırılması barədə hökm çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.