"Google", Kaliforniyada yerləşən nüvə enerjisi startapı Kairos Power ilə enerji alqı-satqısı müqaviləsi imzalayaraq nüvə enerjisi sahəsində mühüm addım atıb.
Milli.Az-ın məlumatına görə, bu razılaşma "Google"un gələcəkdə öz məlumat mərkəzlərini nüvə enerjisi ilə təchiz etmək məqsədinin bir hissəsi hesab olunur.
Müqavilə çərçivəsində Kairos Power-in qurmağı planlaşdırdığı kiçik modul reaktorlar (SMR) vasitəsilə "Google"a 500 meqavat enerji veriləcək. Bu miqdar böyük bir atom elektrik stansiyasının istehsal edə biləcəyi enerjinin təxminən yarısına uyğundur və kiçik bir şəhərin enerji ehtiyacını ödəməyə kifayət edir.
Qeyd edək ki, "Google" və Kairos Power hələlik müqavilənin maliyyə detallarını və elektrik stansiyalarının qurulacağı yerləri açıqlamayıblar.
İlqar Şabanov
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun