Türkiyə

Türkiyədə bir gündə ikinci avtobus qəzası: Onlarla yaralı var

11 Oktyabr 2024 13:29
Baxış: 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə daha bir avtobus qəzası baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu dəfə hadisə Malatyanın Akçadağ rayonunda qeydə alınıb.

Bildirilir ki, sürücünün idarəetməni itirməsi nəticəsində sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılaraq aşıb. Hadisə nəticəsində azı 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza yerinə dərhal çoxsaylı təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar ilkin tibbi yardım aldıqdan sonra xəstəxanalara çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma başladılıb və qəzanın səbəbləri müəyyənləşdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.