Maraqlı

Seda və Ecem Bakıya gəlir

11 Oktyabr 2024 13:47
Baxış: 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sevimli ulduz aktrisalar Seda Bakan və Ecem Erkek payızın ən qeyri-adi və gülməli "Gəlinin Komandası" filmini eksklüziv olaraq Park Cinemada təqdim etməyə gəlir. 18 oktyabr saat 19:00-da Park Cinema Flame Towers filialında ulduzlu Qala gecəsi baş tutacaq. Ulduzlarla görüşüb, bu möhtəşəm Qala Gecəsini onlarla birlikdə keçirərək, bu gülüş dolu filmi hamıdan əvvəl izləyə bilərsiniz.

Tamamilə fərqli xasiyyətdə olan 4 rəfiqə Ayça, Selin, Berrin ve Deniz, Berrinin toyu üçün bir yerə yığışaraq onun subaylıqla vidalaşma gecəsi təşkil etmək istəyirlər. Otel axtarışına çıxan rəfiqələr Akın və Poyraz adlı iki gözəl xanımla da tanış olurlar. İlk baxışdan hər şeyin normal keçməli olduğu bu gecədə aləm dəyir bir-birinə və ortaya xəyanətlər, qarşılıqlı iddialar və yanlışlıqlar çıxır. Toyun baş tutmasına isə sayılı saatlar qalır...

ÖNCƏDƏN SATIŞ:

https://parkcinema.az/movies/view/14395/gelinin-komandasi-qala

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.