ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq edib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstan mediasında ABŞ-nin ölkənin hakim "Gürcü arzusu" partiyasının təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişvili və ailə üzvlərinə qarşı sanksiya tətbiq etdiyi barədə məlumat yayılıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, müxalif "Formula" telekanalı öz mənbəsinə istinadən İvanişvilinin xaricdə yaşayan övladlarının bank hesablarına girişin məhdudlaşdırıldığını yazıb.
Qeyd olunub ki, İvanişvilinin dörd övladından üçü artıq uzun illərdir Gürcüstanda yaşamır. Mənbənin sözlərinə görə, söhbət ilkin məhdudiyyətlərdən gedir və onların bank hesabları yoxlanışdan keçirilir.
ABŞ-nin Gürcüstandakı Səfirliyi məsələyə münasibət bildirərək yayılan məlumatları təkzib edib. Bildirilib ki, İvanişvili və ailə üzvlərinə qarşı sanksiya tətbiq edilməyib: "ABŞ-nin Maliyyə Nazirliyi bütün maliyyə sanksiyaları barədə məlumatları ictimaiyyətə açıqlayır".
Onu da xatırladaq ki, 2023-cü il dekabrın 30-u "Gürcü arzusu" partiyasının qurultayı zamanı 67 yaşlı B.İvanişvili fəxri sədr seçilib. Bununla da, milyarder və ölkənin keçmiş baş naziri 3 illik fasilədən sonra siyasətə qayıtdığını elan edib. O, siyasi fəaliyyətini 2021-ci ilin əvvəlində başa vurmuşdu. Belə ki, o bu zaman "Gürcü arzusu - demokratik Gürcüstan" partiyasının rəhbəri postunu tərk edib və siyasətdən getdiyini açıqlayıb.
İvanişvili 2012-ci ilin oktyabrından 2013-cü ilin noyabrına qədər Gürcüstanın Baş naziri olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
-
Türkiyədə məktəbə silahlı hücum: 4 şagird yaralandı
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
XƏBƏR LENTİ
-
“Real” – “Atletiko” matçının hakimi cəzalandırılacaq
-
Bakı Konqres Mərkəzində tüstülənmə: FHN hərəkətə keçdi - (Video)
-
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
-
Bakıda iki uşaq evdə köməksiz qaldı - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum: 4 şagird yaralandı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Maştağada fərdi evdə partlayış - Yaralananlar var - (Video)
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)





