Nəsrullahla birgə ölən Karaki Bakıya niyə gəlibmiş?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrailin Beyrutu bombalaması nəticəsində "Hizbullah" lideri Həsən Nəsrullahla birlikdə ölən Əli Karaki haqda faktlar yenidən gündəmə gəlib.
Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, Əli Karaki "Hizbullah"ın ən təcrübəli komandirlərindən biri kimi tanınıb. O, qruplaşmanın bir çox əməliyyatlarına şəxsən rəhbərlik edib.
Bunun fonunda Əli Karakinin adı Azərbaycanın cinayət işi arxivinə Bakıda terror aktı törətmək istəməsi ilə düşüb. Belə ki, 2008-ci ildə Livan vətəndaşları Əli Karaki, Nəcməddin Əli Hüseyn "Hizbullah" və "Əl-Qaidə" təşkilatlarının rəhbərləri tərəfindən təlimatlandırılaraq Azərbaycana göndəriliblər. Xüsusilə Əli Karaki Qəbələ RLS-i partlatmağı və bununla da xarici ölkələrin Azərbaycanla əlaqəsini kəsməyi planlaşdırıb. Dəstə üzvləri bir neçə dəfə Qəbələ RLS-in ətrafına getsələr də, planı həyata keçirməyə nail olmayıblar.
İttiham aktından məlum olur ki, Əli Karaki və digərləri 2008-ci il mayın 8-də İsrail dövlətinin yaranmasının 60 illik yubileyi günü bu dövlətin Bakıdakı səfirliyində də terror aktı törətməli imiş.
Belə ki, 2008-ci ilin aprelində Əli Nəcməddin Ə.Şükürovla İzmir küçəsində kirayələnən mənzilə 1 kiloqram 400 qram plastid adlı partlayıcı maddə, trotil şaşkası, 2 ədəd "EDP-8" tipli elektrodetonatoru və izləmə üçün əlavə durbin, "Soni" markalı videokamera aparıblar. Aprelin 30-da Əli Karaki Ə.Şükürova və Əli Nəcməddinə izləndiyini bildirib. Buna görə də özlərini şübhəli göstərməmək üçün sakitcə yaşadıqları ünvanlara gedib, sonrakı günlər ərzində gizli yollarla İrana qayıtmağı razılaşdırıblar.
Növbəti gün Əli Nəcməddin Əli Karaki ilə 28 May küçəsindəki aviakassaya gəliblər. Orada İrana təyyarə bileti almaqla qonşu dövlətə təyyarə ilə gedəcəyi təəssüratı yaratmaq istəyiblər. Daha sonra isə "20 Yanvar" metrosunun yanına gələrək Astaraya, oradan İrana getməyi planlaşdırıblar. Lakin "20 Yanvar" metrosunun yanında Yasamal Rayon Polis İdarəsinin əməkdaşları Əl Nəcməddindən şübhələnib onu saxlayıblar. Sonradan dəstənin digər üzvləri də ölkəni tərk etmək istəyərkən həbs olunublar.
Dəstə üzvlərinin evlərində və kirayə yaşadıqları ünvanlarda aparılmış axtarış zamanı İsrail səfirliyinin, Qəbələ Radiolokasiya Stansiyasının yüksəklikdən çəkildiyi fotoşəkillər, Yəhudi Mədəniyyət Mərkəzinin video və fotogörüntüləri olan kaset və disklər, silah-sursat, partlayıcılar götürülüb.
Araşdırmaçı-tarixçi Tural Həmid yazır ki, o vaxt 15 il həbs cəzası alan Ə.Karaki sonradan İran və Azərbaycan arasında danışıqlardan sonra dəyişdirildi. Karaki bu müddət ərzində Hizbullahın üçüncü adamına qədər yüksəldi. 2024-cü il sentyabrın 27-də isə İsrailin Beyruta hücumu zamanı "Hizbullah" lideri Həsən Nəsrullahla birgə öldü.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Rusiya "Ölü əl"i yenidən işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
XƏBƏR LENTİ
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i yenidən işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
27 Sentyabr – şəhidlərin xatirəsinə ehtiram, Zəfərə gedən yolun başlanğıcı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
-
FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - (Foto)
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda





