Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hizbullah indiyədək çoxlu itki verib. Amma Nəsrullahı itirməklə Hizbullah həm beynini, həm də ürəyini itirdi. Bu həyati itkidir. Nəsrullahdan sonra Hizbullah sağ qala bilərmi? Bəlkə də davam edə bilər, amma əvvəlki effektivliyini saxlaması çox çətindir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri "Hürriyyət"in yazarı Əhməd Hakan Hizbullah lideri Həsən Nəsrullahın ölümü haqda qeyd edib.
Nəsrullahın 32 il Hizbullaha rəhbərlik etdiyini xatırladan yazar bildirib ki, Livan kimi xaotik bir ölkədə 32 il yaşamaq asan məsələ deyil və böyük siyasi məharət tələb edir:
"İsrailə meydan oxumaq üçünsə həm də hərbi bacarıq lazımdır. Nəsrullahın hər iki sahədə mahir olduğu aydın idi. Nəsrullah xarizmatik insan idi. Güclü natiqliyi vardı. Onun həftədə bir dəfə etdiyi çıxışı hamı izləyirdi. O, kütlələrlə sehrli əlaqə qura bilirdi. Onun adı ətrafında mif formalaşmışdı.
Onun xarizmasını gücləndirən bir detal: 18 yaşlı oğlu Hadi Nəsrullah da İsrail münaqişəsində həlak olanlar arasında idi. Ölənlər üçün təşkil edilən dəfn mərasimində Həsən Nəsrullah ölən gənclərin alınlarından öpürdü. Növbəni pozmadı, oğluna "ölü gənclərdən biri" kimi yanaşdı".
Hakan xatırladıb ki, Nəsrullah İsrail üzərində ciddi qələbəyə imza atmışdı:
"Livandakı Hizbullah müqavimətinin təsiri ilə İsrail 2000-ci ildə işğal etdiyi Cənubi Livandan geri çəkilmək məcburiyyətində qaldı. Bu, İsrailin ilk dəfə ərəb ölkəsindən geri çəkilməsi idi. Bu tarixi hadisə Hizbullahın qələbəsi kimi qəbul edildi. Nəsrullah o vaxtdan bəri böyük nüfuz qazandı.
2006-cı ildə Hizbullah döyüşçüləri İsrailə qarşı əməliyyat keçirdilər. İsrailin bir əsgəri öldürüldü, iki əsgəri girov götürüldü. Beləliklə, İsraillə Hizbullah arasında müharibə başladı. Bu müharibə Nəsrullahı "İsrailə qarşı müqavimət göstərən yeganə ərəb lideri" mövqeyinə yüksəltdi.
Nəsrullah İsrailin bir nömrəli hədəfi idi. Çox yaxşı qorunurdu. Nəsrullahı qorumaq Hizbullah üçün ən həyati məsələ idi.
Suriya vətəndaş müharibəsində məzhəbçi mövqeyini saxlamaq Nəsrullahın nüfuzunu bir qədər aşağı saldı. Həririnin öldürülməsindən sonra Nəsrullahın Livanın daxili siyasətindəki mövqeyi əvvəlki qüdrətini itirdi. Bunlar Nəsrullahın şəxsi tarixinin ən problemli sahələridir.
Nəsrullahın öldürülməsi hər hansı Hizbullah komandirinin öldürülməsinə bənzəməz. Nəsrullahın öldürülməsi tarixi qırılma nöqtəsidir. Livandakı antiisrail müqavimət xətti çox ciddi yara aldı. Bundan sonra Livanda müqavimət xətti qalmaya bilər. Nəsrullahın öldürülməsi bu qədər ciddi hadisədir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
XƏBƏR LENTİ
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)





