Seçkidə qalib gəlsəm, Ukraynadakı münaqişəni andiçmə mərasimindən əvvəl həll edəcəyəm.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Nyu Yorkda Ukrayna lideri Vladimir Zelenski ilə görüşdə deyib.
"Zelenski ilə yaxşı münasibətlərimiz var. Rusiya Prezidenti Vladimir Putinlə də yaxşı münasibətlərim var. Düşünürəm ki, seçkilərdə qalib gəlsəm, o zaman prezident vəzifəsinə başlamazdan əvvəl hər iki tərəfə uyğun bir həll yolu tapa biləcəyik", - Tramp qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun