Dünya

Durov təəccübləndirdi: İlə 1 dirhəm qazanıram!

26 Sentyabr 2024 07:37
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleqram təsisçisi Pavel Durov Fransada sorğu-sual zamanı müstəntiqlərə bildirib ki, o, ildə 1 əmirlik dirhəmi (0,45 manat) qazanır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, bu məlumat fransız müstəntiqlərini təəccübləndirib.

Bildirilib ki, 2014-cü ildə VKontakte sosial şəbəkəsindəki payını satarkən Durov təxminən 300 milyon avro alıb və bəzi investisiya fondları onun sahibi olduğu Teleqram messencerini müxtəlif mənbələrə görə 9 milyard dollardan 15,5 milyard dollara kimi qiymətləndirir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.