Dünya

Tramp ona sui-qəsdə cəhd edən ölkənin adını çəkdi

25 Sentyabr 2024 11:06
Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib ki, İran onun həyatını təhdid edir. 

Milli.Az unikal-a istinadən xəbər verir ki, müvafiq nəşr siyasətçinin "Truth" sosial şəbəkəsindəki səhifəsində yer alıb.

"İran mənim həyatımı ciddi şəkildə təhdid edir. ABŞ ordusu izləyir və gözləyir. İran artıq addımlar atıb və uğursuzluğa düçar olub, lakin yenidən cəhd edəcək", - Tramp yazıb.

O, "əvvəlkilərdən daha çox insan və silahla əhatə olunduğunu" qeyd edib. Respublikaçı həmçinin, ABŞ Konqresinə onun müdafiəsi üçün Məxfi Xidmətə əlavə vəsait ayırdığına görə minnətdarlığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.