Bu gün səhər saatlarında Almaniyanın Köln şəhərinin (Şimali Reyn-Vestfaliya federal əyaləti) mərkəzi hissəsində partlayış olub. Hüquq-mühafizə orqanları hadisənin baş verdiyi ərazini bağlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli "Kölner Stadt-Anzeiger" nəşri məlumat yayıb.
Köln polisi bildirib ki, insident şəhərin tarixi mərkəzində -Rudolfplats meydanı yaxınlığında baş verib. Hələlik təfərrüat məlum deyil.
Hüquq-mühafizə orqanlarının sosial şəbəkədə yerləşdirdiyi məlumata görə, hazırda ərazidə polis tərəfindən "böyük əməliyyat" keçirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun