Şuşa şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Güllü bağ" ərazisi bayram əhvali-ruhiyyəsi ilə bəzədilib.
Milli.Az-ın xəbərinə görə, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, Şuşa sakinlərinin rəsm və əl işlərindən ibarət sərgisi, hazırladıqları müxtəlif cür kulinariya növləri sakinlər və Şuşaya gələn qonaqlar tərəfindən maraqla qarşılanır.
Eyni zamanda Şuşada fəaliyyət göstərən hotel və restoranlar da bu tədbirdə iştirak edirlər.
Vurğulanıb ki, bayram tədbiri 2025-ci il yanvarın 13-dək davam edəcək.
Milli.Az