Rusiya

Daha bir rus şirkətinin təyyarəsi məcburi eniş etdi

30 Dekabr 2024 18:08
Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tümendən Krasnoselkupska uçan "Utair" aviaşirkətinin təyyarəsi, ekipajın nasazlıq barədə məlumat verməsindən sonra dekabrın 30-da səhər saatlarında Yamalo-Nenets Muxtar Dairəsində tək pərlə məcburi eniş edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təyyarənin görüntülərini "Moy Krasnoselkupsk" "Telegram" kanalı paylaşıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hazırda təyyarə uçuşlardan kənarlaşdırılıb. Tümenə əks-reys üçün ehtiyat təyyarə gözlənilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Cənubi Saxalinsk-Novosibirsk sərnişin təyyarəsi sərnişinlərdən birinin ölümü səbəbindən İrkutsk vilayətinin Bratsk şəhərinin hava limanına məcburi eniş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.