Dünya

“Yaqi” superqasırğası Vyetnamda 14 nəfərin ölümünə, 180-dən çox insanın yaralanmasına səbəb olub

8 Sentyabr 2024 19:23
Baxış: 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaqi" superqasırğası Vyetnamın şimalında 14 nəfərin ölümünə, 180-dən çox insanın yaralanmasına səbəb olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Vyetnam Təbii fəlakətlərə reaksiya və axtarış-xilasetmə işləri üzrə Milli Komitəsi məlumat yayıb.

Qasırğa daha çox paytaxt Hanoya, liman şəhərləri Kamfa, Monqkay, Xayfon və Xalonqa, o cümlədən yaxınlıqdakı Txaybin, Xoabin və Xınqyen əyalətlərinə zərər vurub. 400-dən çox elektrik xətti, 27 yarımstansiyaya ciddi zərər dəyib, 121 min hektardan çox əkin sahəsi su altında qalıb. Sahil rayonlarında 38 gəmi və balıqçı gəmisi batıb.

Qeyd edək ki, "Yaqi" qasırğası sentyabrın 4-də Çinin cənub sərhədinə çatıb, daha sonra Vyetnam istiqamətində hərəkət edib. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 50 metrə çatıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.