Dünya

Bu ölkədə əcnəbilər üçün təhsil ödənişli ola bilər

9 Sentyabr 2024 02:02
Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Nazirlər Kabineti xarici vətəndaşların bu ölkədə ödənişli təhsili haqqında qanun layihəsinə baxacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, təşəbbüsün müəllifi Rusiya Liberal Demokrat Partiyasıdır (RLDP).

Partiya üzvləri xatırladıblar ki, indiki qanunla əcnəbilərin övladları məktəbəqədər, ibtidai, əsas ümumi və orta ümumi təhsil müəssisələrində pulsuz təhsil almaq hüququna malikdirlər.

Qanun layihəsinin müəlliflərindən biri, Rusiya Dövlət Dumasının Sosial Siyasət Komitəsinin rəhbəri Yaroslav Nilov bildirib ki, əcnəbi valideynlər istəsələr, övladlarının pullu əsaslarla xidmət göstərən təhsil müəssisələrinə yerləşdirə bilərlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.