Dünya

Kobaxidze: Prezident seçki nəticələrini tanımayacaq

5 Sentyabr 2024 07:18
Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrini birmənalı olaraq tanımır və onları qeyri-legitim adlandıracaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze "İmedi" telekanalına müsahibəsində bildirib.

"Bu, hazırlanmış ssenaridir. Mən sizi indidən əmin edə bilərəm ki, Zurabişvili bunu deyəcək", - deyə Kobaxidze vurğulayıb.

Kobaxidze əlavə edib ki, prezident bununla müxalifət partiyalarının sifarişini yerinə yetirəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.