Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS sammitində iştirakla bağlı Rusiya rəhbərliyinin dəvətini qəbul edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov açıqlayıb.
"Təklif Türkiyə tərəfinə çatdırılıb, Ərdoğan onu qəbul edib", - deyə Uşakov qeyd edib.
Xatırladaq ki, BRICS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək. Uşakov, həmçinin daha əvvəlki açıqlamasında MDB ölkələrinin liderlərinin sözügedən sammitə dəvət edildiyini bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun