Rusiyanın dəvətini qəbul etdi

3 Sentyabr 2024 17:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS sammitində iştirakla bağlı Rusiya rəhbərliyinin dəvətini qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov açıqlayıb.

"Təklif Türkiyə tərəfinə çatdırılıb, Ərdoğan onu qəbul edib", - deyə Uşakov qeyd edib. 

Xatırladaq ki, BRICS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək. Uşakov, həmçinin daha əvvəlki açıqlamasında MDB ölkələrinin liderlərinin sözügedən sammitə dəvət edildiyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun