Dünya

Ermənistan ABŞ-dən nüvə texnologiyaları əldə edə bilər

22 Avqust 2024 14:29
Baxış: 769
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Ermənistanın nüvə sahəsində əməkdaşlığa dair "123 Agreement" razılaşmasına qoşulmaqla bağlı müraciətini nəzərdən keçirir. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamentinin nümayəndəsi yayıb. 

Bildirilir ki, sözügedən razılaşmaya qoşulmaq Ermənistana ABŞ-nin mülki nüvə enerjisi texnologiyalarını əldə etmək imkanı verəcək. 

Departament danışıqların detallarını açıqlamasa da, Ermənistanın müraciətinə diqqət ayrıldığı qeyd olunub. 

ABŞ-nin federal qanununa əsasən, digər ölkələrə nüvə texnologiyalarının verilməsi üçün ABŞ-nin Atom Enerjisi Agentliyi barədə qanunun 123-cü bölməsini imzalamaq tələb olunur. ABŞ 2022-ci ilə qədər 48 ölkə və ərazi ilə bu cür razılaşma imzalayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.