Dünya

Qəzzada 500-ə yaxın tibb işçisi həlak olub

11 Avqust 2024 08:47
Baxış: 339
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən ilin oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında 500-ə yaxın tibb işçisi həlak olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İsrailin zərbələri Fələstin anklavında 130 təcili yardım maşını məhv edib. Vurğulanıb ki, ümumilikdə Qəzza zolağında ölənlərin sayı 39 790, yaralıların sayı isə 92 002 nəfərə çatıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.