Dünya

CNN: “Hizbullah” İrandan asılı olmayaraq İsrailə zərbələr endirən bilər

8 Avqust 2024 09:05
Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Livanın "Hizbullah" hərəkatı İranın addımlarından asılı olmayaraq yaxın günlərdə İsrailə zərbələr endirə bilər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə CNN televiziya şirkəti kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin fikrincə, "Hizbullah" İsrailə qarşı əməliyyat keçirmək baxımından İrandan daha yaxındadır, ona görə də qısa müddət ərzində hücum edə biləcək.

Öz növbəsində İran hələ də cavab tədbirləri hazırlayır və onlar ABŞ-ın genişmiqyaslı hücumu ilə bağlı gözləntilərini doğrultmur.

Mənbələr həmçinin "CNN"ə bildiriblər ki, hərəkat İrandan fərqli olaraq İsraillə ortaq sərhədi olması səbəbindən xəbərdarlıq etmədən zərbə endirə bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.