Dünya

Belousov Ostinə niyə təcili zəng etmişdi? – Detallar

6 Avqust 2024 07:14
Baxış: 730
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident Putin və müdafiə naziri Belousov Hərbi Dəniz Qüvvələri Günündə Sankt-Peterburqda çıxış edərkən Ukrayna xüsusi xidmət orqanları Rusiyada hücum planlaşdırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya-1" telekanalının efirində deyib.

Ryabkovun sözlərinə görə, məhz o zaman Belousov ilk dəfə amerikalı həmkarı Lloyd Ostinə zəng vuraraq onu xəbərdar edib:

"Hücum Rusiya ilə ABŞ arasında idarəolunmaz münaqişəyə səbəb ola bilərdi".

Qeyd edək ki, "Nyu York Tayms" üç mənbəyə istinadən bildirmişdi ki, Belousov Ostinə zəng edərək, Ukraynanın Rusiyaya qarşı hazırladığı məxfi əməliyyat barədə xəbərdarlıq edib. Ostin bu xəbərdən təəccüblənib, lakin Kiyevi sözügedən plandan daşındırıb.

Belousovla Ostin arasında telefon danışığı 12 iyulda baş tutub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.