Dünya

Ərdoğan İsraili HƏDƏLƏDİ: Liviyaya girdiyimiz kimi, İsrailə də eyni şeyi edə bilərik. - VİDEO

29 İyul 2024 10:16
Baxış: 1 529
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkiyə bir vaxtlar Liviyaya girdiyi kimi İsrailə də girə bilər".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Liviyaya girdiyimiz kimi, İsrailə də eyni şeyi edə bilərik. Mümkün olmayan heç nə yoxdur. Bu cür addımlar atmaq üçün sadəcə güclü olmaq lazımdır", - deyə Ərdoğan bildirib.

Qeyd olunur ki, bununla da o, bir daha Fələstinə hər vasitə ilə dəstək verməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Türkiyə Məclisi hərbi kontingentinin Liviyada olması mandatını 24 ay uzadıb. Hərbi kontingent Türkiyə ilə Milli Razılıq Hökuməti arasında hərbi əməkdaşlıq haqqında imzalanmış müqavilə əsasında oradadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.