Dünya

ABŞ Qırmızı dənizdə husilərə məxsus dörd pilotsuz gəmini vurub

22 İyul 2024 07:59
Baxış: 1 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hərbçiləri Qırmızı dənizdə husi üsyançılarına məxsus dörd pilotsuz gəmini vurub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial şəbəkəsindəki səhifəsində bildirilir.

Qeyd edək ki, Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək. Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) ötən ilin noyabrından bəri Qırmızı və Ərəb dənizlərində ümumilikdə 162 gəmiyə zərbələr endirib.

Buna cavab olaraq, ABŞ Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və "Prosperity Guardian" əməliyyatına başladığını elan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.