Dünya

Trampa sui-qəsd cəhdi: Bayden təcili iclas keçirir

14 İyul 2024 22:06
Baxış: 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden Ağ Evdə milli təhlükəsizlik xidməti və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Amerika lideri və ABŞ-ın vitse-prezidenti Kamala Harris Ağ Evin "situasiya otağında" - qapalı görüşlər üçün nəzərdə tutulan təhlükəsiz otaqda görüş keçirir.

İclasda ədliyyə naziri Merrik Qarland, daxili təhlükəsizlik naziri Alexandro Mayorkas, Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey, ABŞ Məxfi Xidmətinin direktoru Kim Çitl, həmçinin Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və daxili təhlükəsizlik üzrə köməkçisi Yelizabet Şervud, o camlədən baş prokuror iştirak edir.

Bildirilib ki, görüşdə Pensilvaniyada keçirilən mitinqdə ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi müzakirə olunur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.