Dünya

Fransa bununla Azərbaycanı qıcıqlandırır - Uorlik

24 İyun 2024 21:30
Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın özünü müdafiə etmək, Fransadan və ya başqa ölkələrdən silah almaq hüququ var, lakin sülh müqaviləsi imzalamağa yaxın olduğumuz üçün Parisin bu addımı Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə yeni təxribatçı elementdir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik deyib.

O hesab edir ki, Fransa Ermənistanla silah tədarükü ilə bağlı müqaviləni Azərbaycanla sülh sazişi imzalandıqdan sonra bağlamalı idi.

"Ermənistanın müdafiə olunmaq hüququ var, ordusu olacaq, onu ləğv etməyəcək, sərhədlərini istənilən xarici təhlükələrdən qoruyacaq, lakin təəssüf ki, sülh sazişinə yaxınlaşdıqca belə bir addım çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir", - Uorlik bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.