Dünya

Cənubi Koreyada fövqəladə vəziyyət elan edildi - Vəziyyət ağırdır

19 İyun 2024 23:59
Baxış: 1 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyada doğum səviyyəsinin aşağı düşməsi səbəbilə ölkədə fövqəladə vəziyyət elan edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol ölkəsinin doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə "demoqrafik milli fövqəladə vəziyyət" elan etdiyini açıqlayıb.

Son illərdə dünyada iqtisadi, sosial və geosiyasi səbəblərlə bütün ölkələrdə doğum nisbətləri sürətlə aşağı düşür.

Hökumətlər məhsuldarlığı artırmaq üçün müxtəlif stimullar təklif etməyə çalışsalar da, ekspertlər yaxın 40 il ərzində dünya əhalisinin azalmağa başlayacağını proqnozlaşdırırlar.

Cənubi Koreya prezidenti Yoon paytaxt Seulun cənubundakı Seongnam Mərkəzində "aşağı doğum nisbəti və qocalmış əhali" mövzusunda keçirilən yığıncaqda çıxış edib.

O hökumətin problemlə mübarizə üçün hər cür səy göstərəcəyini vurğulayaraq "Bu gün rəsmi olaraq demoqrafik milli fövqəladə vəziyyət elan edirəm. Aşağı doğum nisbəti problemi aradan qaldırılana qədər hərtərəfli müdaxilə sistemini işə salacağıq" - deyə bildirib.

O həmçinin qeyd edib ki, tədbirlərin həyata keçirilməsini təmin etmək üçün müvəqqəti olaraq Əhali Strategiyasının Planlaşdırılması Nazirliyi yaradılacaq.

Qeyd edək ki, Cənubi Koreya 0,72 % ilə 2023-cü ildə ən aşağı doğum səviyyəsinə malik ölkələr arasında birinci yerdədir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory