Dünya

Fransa Maliyyə Nazirliyinin avtomobili oğurlandı

18 İyun 2024 10:58
Baxış: 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyinin avtomobili Parisin şimal-şərq ətrafı Sevranda oğurlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Europe 1" radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, hadisə iyunun 16-da nazirliyin sürücüsünün yaşadığı Sevrandakı evin yaxınlığında baş verib. O, oğurluq barədə polisə müraciət edib. Avtomaşın geolokasiya sistemi ilə təchiz olunmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.