Dünya

Kanada mətbuatı Vardanyanı ifşa etdi

7 İyun 2024 20:31
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ruben Vardanyan Qarabağda erməni terrorçularının Azərbaycana qarşı müqavimətinin əsas maliyyə donoru olub.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara Kanadanın nüfuzlu "Thej.ca" nəşrində dərc olunmuş "Ukrayna Ruben Vardanyana qarşı niyə sanksiyalar tətbiq etdi?" sərlövhəli məqaləsində yazıb. Qeyd olunub ki, Qarabağdakı separatçı rejimdə "dövlət naziri" olmuş Vardanyan Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, Azərbaycana qarşı terrorçuluğu maliyyələşdirməkdə, beynəlxalq sərhədləri qanunsuz keçməkdə, Ermənistanla Azərbaycan arasında sülh prosesini sabotaj etməkdə, Azərbaycana qarşı erməni terror təşkilatları ilə qarşılıqlı əlaqədə ittiham olunur.

Son aylar mediada Vardanyanın adının əsasən Qarabağ və həbs kontekstində hallandığına diqqət çəkən müəllif erməni separatçısının uzun müddət beynəlxalq münaqişələrdə separatçılara dəstək göstərdiyini də vurğulayıb. Belə ki Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma başladıqdan sonra Ukrayna tərəfi Vardanyana qarşı sanksiyalar tətbiq edərək barəsində axtarış elan edib. Erməni milyarder İran silahlarının Rusiyaya satışında əsas vasitəçilərdən olub. Eyni zamanda, diqqətə çatdırılıb ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən Qərbin sonuncuya qarşı təzyiqlərə başlamasından sonra Vardanyan Rusiyanı tərk edərək bu ölkənin vətəndaşlığından imtina edib.

Sabiq nazir yazısının sonunda bildirib: "Düşünürəm ki, Vardanyanın Qərbin sanksiyalarına məruz qalan şəxslər siyahısına salınmasın səbəbi ilə bağlı sualınıza artıq cavab tapdınız. Bu adamın həm Ermənistanda, həm də Tehranda Rusiyanı Ukrayna ilə münaqişədə dəstəkləyən Kreml tərəfdarları ilə əlaqələri var. O, həmçinin yüksək rütbəli məmurların pullarının yuyulmasını təmin edib. Özünün bəxtsizliyindən, Ukraynanın bəxtindən isə Vardanyan hazırda Azərbaycanda həbsdədir".

Məqaləni ətraflı şəkildə bu linkdən  oxumaq mümkündür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.