Dünya

Aİ Gürcüstanı vizasız gediş-gəlişdən məhrum edə bilər

6 İyun 2024 07:28
Baxış: 1 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xarici agentlər" haqqında qalmaqallı qanunun qəbulundan sonra Avropa İttifaqı Gürcüstanla vizasız rejimi yenidən nəzərdən keçirə bilər".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

Qalmaqallı qanunun qəbulundan sonra Gürcüstan üçün mümkün nəticələrdən danışan Qerçinski qeyd edib ki, bütün variantlar masadadır.

"Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulundan sonra biz Gürcüstan üçün vizanın liberallaşdırılması şərtlərinin hələ də qüvvədə olub-olmadığını yoxlamalıyıq", - deyə səfir bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.