Rusiya Federasiyasının Rostov vilayətində yanacaq anbarında PUA hücumu nəticəsində iki partlayış baş verib, yanacaq çənləri alovlanmayıb, tələfat yoxdur.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu regionun qubernatoru Vasili Qolubev deyib.
"Bu səhər 2 ədəd PUA-nın hücumu nəticəsində Proletarski rayonundakı yanacaq anbarında iki partlayış baş verib. Ölən və yaralananlar olmayıb", - o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun