Dünya

Britaniyada baş nazirin müdafiə istehsalı üzrə nümayəndəsi postu təsis edilə bilər

4 May 2024 06:37
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Böyük Britaniya iqtidarı baş nazirin müdafiə istehsalı üzrə nümayəndəsi vəzifəsini təsis edə bilər, ona silah istehsalının artırılmasına nəzarət etmək tapşırılacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron "Sky News" telekanalına müsahibəsində deyib.

"Müdafiə üzrə xüsusi nümayəndə nöqteyi-nəzərindən daha da irəli gedə bilməyimiz prinsipial olaraq zəruridir ki, o, Baş nazirin dəstəyi ilə müdafiə təchizatçıları ilə çoxillik müqavilələr bağlamağımızı təmin etmək imkanı əldə etsin, çünki Biz Ukraynaya nəinki daha çox silah tədarük etməliyik, həm də ehtiyatlarımızı artırmalıyıq. Bu çox vacibdir, milli prioritetdir", - o vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.